Rusiya neftinin qiymətinə limit qoyulacaq - Baha satıla bilməyəcək

10:20 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Sentyabrın 2-də G7 ölkələrinin maliyyə nazirlərinin görüşündə Rusiya neftinin qiymətinə limit qoyulması müzakirə ediləcək.

ABC.AZ xəbər verir ki, bu qiymət müəyyən ediləndən sonra Rusiya nefti ondan yuxarı qiymətə sata bilməyəcək.

Qiymət limiti təkcə xam neftə deyil, həm də neft məhsullarına, o cümlədən mazuta da tətbiq ediləcək. İclasda bu barədə qərər qəbul edilsə, onun reallaşdırılmasına başlanacaq.

Bu məhdudiyyətinin tətbiq edilməsində məqsəd, Rusiyanın neftdən gəlirlərini azaltmaq, eyni zamanda dünyada neftin bahalaşmasının qarşısını almaqdır.

Other news