Balkan ölkələri Ərdoğandan Azərbaycanla bağlı nə xahiş edib?

11:06 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Bir sıra Balkan ölkələri rəhbərliyinin nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Azərbaycanla qışda qaz tədarükü məsələsini müzakirə etməyi xahiş ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

"Biz əvvəlcə Bosniya və Herseqovina, sonra Serbiya və Xorvatiyaya səfər etdik. Prezidentlər, baş nazirlər və nazirlər səviyyəsində bizə edilən müraciətlər bu cür idi: "Siz Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəksiniz. Xahiş edirik ki, Putinə və xoş münasibətlərinizin olduğu Azərbaycan Prezidenti İlham Əliyevə çatdırın ki, onlar qarşıda gələn qışda tədarük olunan yanacaq və qaz həcmlərini azaltmasın", - türkiyəli nazir deyib.

Other news