Neft qiymətləri yüksəlir, Brent bir barelə $85,68 təşkil edir

09:30 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən hərracda yüksəlir, lakin həftəni enişlə başa vurmaqdadır.

London İCE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti sat 9:20-də $0,34 (0,40%) artaraq bir barelə $85,68-dır. Noyabrın 24-də keçirilən hərracların nəticələrinə görə, bu müqavilələr $0,07 (0,08%), bir barelə $85,34-a qədər ucuzlaşıb.

Saat 9: 20-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar ayı fyuçerslərinin qiyməti $0,53 (0,68%) artaraq bir barelə $78,47-a yüksəldi. Noyabrın 24-də Şükranlıq Bayramı səbəbindən ABŞ-da əsas ticarət aparılmamışdır.

Other news