Energetika Nazirliyi: Qəzanın səbəbi enerji istehlakının 40% artması olub

10:50 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Energetika Nazirliyi  bildirir ki, enerji istehlakında 40%  artım nəticəsində baş vermiş  qəzanın nəticələri aradan qaldırılır.

Nazirliyin məlumatında deyilir ki, elektrik təchizatı şimal və qərb rayonlarında tamamilə, Mərkəzi Aranda isə  60% bərpa olunub.

“Elektrik  təchizatı Bakının Yasamal rayonunda 100%, Sabunçu rayonunda 30%, Xəzər rayonunda 80%, Binəqədi rayonunda 90%, Nəsimi rayonunda 40%, Nərimanov rayonunda 30%, Səbail rayonunda 20% və Nizami rayonunda 10% təmin edilib”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, həyati mühüm obyektlərin enerji təchizatı bərpa edilib. Yaxın vaxtlarda digər bölgələrdə elektrik enerjisinin təchizatı bərpa olunacaq. Vəziyyət nəzarət altındadır.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir Su Elektrik Stansiyasının transformatorlarından biri sıradan çıxmış, nəticədə bütün ölkə enerjisiz qalmışdır. Elektrik təchizatı qismən bərpa olunub.

Enerji istehlakının artması, bir neçə gün ərzində Azərbaycan ərazisində müşahidə olunan anomal isti hava şəraiti ilə bağlıdır.

 

Other news