Dövlət Komissiyası: Azərbaycanın enerjisi sistemində iyul qəzasının əsas səbəbi “Azərenerji”nin fəaliyyətində olan nöqsanlardır

10:10 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan Dövlət Komissiyası yoxlamanın nəticələrinə dair yekun qərar verib.

Dövlət Komissiyasının rəyində bildirildiyi kimi, Azərbaycanın enerji sistemində 3 iyul 2018-ci il tarixində baş vermiş qəzanın başlıca səbəblərindən biri “Azərenerji”nin fəaliyyətinin müvafiq səviyyədə olmaması, həmçinin cəmiyyətin fəaliyyətində, baş verənlərə adekvat şəkildə reaksiya etməyə imkan verməyən texniki və digər çatışmazlıqlar olmuşdur.

Dövlət Komissiyasının qəzaya səbəb olan mövcud problemləri və halları əks etdirən hərtərəfli və ətraflı rəy Azərbaycan prezidenti İlham Əliyevə təqdim olundu.

“Azərbaycan Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olmuş və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” AC-in prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etmişdir”, - Dövlət Komissiyasının bəyanatında belə deyilir.

İyulun 3-nə keçən gecə Azərbaycan İES-in yarımstansiyalarından birində transformator sıradan çıxmışdır. Nəticədə, Azərbaycanın 39 şəhər və rayonunun enerji təchizatı dayandırılmışdır.

 

Other news