AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

16:47 - 15.10.2018


15 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, 17 oktyabr tarixində 50101970S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 250 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Other news