“Petkim”in gəlirləri 4,8 dəfə artdı

14:54 - 16.11.2017


16 noyabr,  Fineko/abc.az. 2008-2016-ci illərdə “Petkim Petrokimya Holding”in gəlirləri 4,8 dəfə artıb.

Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən  təşkil edilmiş işgüzar nahar zamanı  Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib ki,  xoldinqin aktivləri ARDNŞ tərəfindən  alındıqdan sonra, onun gəlirləri artıb.

“Petkim”in gəlirləri 3,7 dəfə, səhmdarların kapitalı isə 2,6 dəfə artıb”, - R.Abdullayev belə deyib.

Onun sözlərinə görə, “Petkim” xoldinqinin cari ilin doqquz ayı ərzində xalis gəliri 1,027 milyard türk lirəsi və ya 266 milyon dollar təşkil etmişdir.

 

 

Other news