Tramp bir tvitlə nefti aşağı yuvarlatdı

13:20 - 26.02.2019


26 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp növbəti bəyanatla birjada neft qiymətlərinin düşməsinə səbəb oldu.

O, Twitter-də belə yazıb: "Neft qiymətləri çox yüksəkdir, OPEC, rahat olun və sakitləşin, dünya bu qiymət artımını daşıya bilməz, o, çox kövrəkdir!"

Trampin şərhindən əvvəl, bazarda neftin qiyməti cüzi tərəddüd edirdi. Onun sözlərindən sonar isə Brent markalı xam neftin fyuçers  qiyməti 3%-dən artıq  enərək 65 dollar / barelə təş.kil etmişdir.  Lakin 2018-ci ilin noyabr ayından etibarən ilk dəfə, keçən həftə  bu göstərici 67 dollardan yuxarı qalxmışdır. Yüngül Amerika xam neftinin bir barrelinin fyuçers qiyməti 56 dollardan aşağı düşdü.

 

Other news