330x110
 

Caspian European Club üzvləri Cocuq Mərcanlıda olublar

13.03.2019,17:49


13 mart, Fineko/abc.az. Caspian European Club-un nümyəndə heyəti klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyilə çərşənbə günü Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı  kəndinə səfər edib.

Səfər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən birgə təşkil edilib. Cocuq Mərcanlının inkişaf proqramı çərçivəsində kənddə bal emalı üzrə mobil emalatxana və mobil kənd məhsullarının satışı məntəqəsinin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat, Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev və digərləri çıxış ediblər.

Tədbir iştirakçıları həmçinin yerli sənətkarların əl işlərindən ibarət sərgiyə baş çəkib, o cümlədən suvenir istehsalı müəssisəsinin tikintisi işləri ilə tanış olublar.