16:28 - 28.11.2017
28 noyabr, Fineko/abc.az. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin saytında keçmiş səfir Vladimir Doroxinin müraciəti dərc edilib.
Müraciətdə deyildiyi kimi, öz missiyasını Vladimir Doroxin Rusiya Federasiyası Prezidentinin qərarı ilə bitirdi.
“Mən Azərbaycana təxminən doqquz il əvvəl gəldim. Mənim dəqiq siyasi təlimatım var idi: Azərbaycanla münasibətləri möhkəmləndirmək. Bu tapşırığı yerinə yetirmək çətin deyildi. Qarşımdakı qapılar açıq idi. Azərbaycan da, Rusiya kimi, bizim münasibətlərin möhkəmləndirilməsi üçün çalışırdı.
Ötən illər ərzində mən, bir çox mühüm hadisələrin şahidi və iştirakçısı oldum ki, həmin hadisələrin nəticəsində, hər iki dövlətin suverenliyinə tam hörmət, qarışmama və maraqların tarazlığı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişləndirilməsi olmuşdur. Biz, bir-birimizi daha yaxşı anlamağı, keçmiş münasibətlərimizdəki bütün müsbət məqamları qiymətləndirməyi və zamanın yeni tələblərinə uyğun olaraq əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xasiyyətini milyonlarla insanlar hiss edə bilmişdir.
Azərbaycanlılara, onların Səfirliyin işinə və şəxsən mənim işimə daim maraq göstərdiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, dostcasına göstərilən maraq olub. İndi mən daha yaxşı başa düşürəm ki, başqa cür ola bilməzdi. Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə istiqamət Azərbaycanda geniş bazaya malikdir”, - müraciətdə belə deyilir.
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
25 April 2024
23 April 2024
23 April 2024
24 April 2024