330x110
 

Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olacaq

26.09.2019,14:40


26 sentyabr, Fineko/abc.az.  “Caspian European Club Kluba daxil olan şirkətlərin biznes əlaqələrini və imkanlarını genişləndirməyə kömək edən B2B və B2G formatında tədbirlərin təşkilinin fəal mərhələsinə keçir. 2019-cu il oktyabrın 9-da Hyatt Regency otelində keçiriləcək CEO Lunch Baku-nun fəxri qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov olacaq”, - deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

“Bir illik əməkdaşlıq dövründə birgə işçi qrupu çərçivəsində biz Dövlət Miqrasiya Xidmətindəki həmkarlarımızla dəfələrlə biznes nümayəndələrini maraqlandıran və narahat edən məsələləri və təklifləri müzakirə etmişik. Əminəm ki, bu dialoq tərəfimizdən təşkil olunan CEO Lunc Baku çərçivəsində də davam etdiriləcək və şirkətlər onları maraqlandıran suallara cavab tapacaqlar”, - deyə Telman Əliyev əlavə edib. 

CEO Lunch işgüzar ünsiyyət üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər ay keçirilən CEO Lunch dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulmasında aparıcı vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.  

CEO Lunch Baku-ya qeydiyyat üçün www.caspianenergy.org saytına daxil olun.