Dəmir yolu ilə 358 milyon dollarlıq yük daşınıb – Bir ayda

16:10 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. Ötən ay dəmir yolu nəqliyyatı ilə ümumilikdə 772 min 690 ton yük daşınıb ki, bu yüklərin dəyəri 357,8 milyon ABŞ dolları olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, dekabrda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 230 min 369 ton yükün dəyəri 76 milyon dollar təşkil edib.

Qeyd edək Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 542 min 322 ton, dəyəri isə 281,7 milyon dollar olub.

AZƏRTAC

Other news