Neftin qiymətləri fərqli yönlərdə dəyişir, “Azeri Light” $1,2 ucuzlaşıb

09:58 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Bazar ertəsi günü neftin qiymətləri fərqli yönlərdə dəyişir.

Yanvarın 31-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,71 (1,24%) enərək bir barelə $56,62 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:30-da $0,04 (0,07%) enərək bir barelə $56,58 təşkil etmişdir.

Yanvarın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,58 (1,11%) azalaraq bir barelə $51,56 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:30-da $0,26 (0,50%) bahalaşaraq bir barelə $51,82 təşkil etmişdir.

Yanvar ayında WTI 16,3%, Brent isə 12% ucuzlaşıb.

Azeri Light Azərbaycan neftinin qiyməti $1,20 (1,9%) düşərək bir barelə 62,15 dollar təşkil etmişdir.

 

Other news