İranın naziri Azərbaycandan kömək istədi - Bəzi problemlərin həlli üçün

15:01 - 17.06.2020


17 iyun, Fineko/abc.az.  İranın İqtisadi İşlər və Maliyyə naziri, İran-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Fərhad Dejpəsənd Azərbaycan Baş nazirinin müavini, komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng edib.

ABC AZ report-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

F. Dejpəsənd azərbaycanlı həmkarını İrana səfərə dəvət edib. O İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-Cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycanın giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açıb və həll üçün Ş. Mustafayevdən kömək istəyib.

Ş.Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirib: “Koronavirus ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb”.

 

Other news