Sərt karantin rejimində işləyəcək sahələr – Siyahı

17:40 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Bildiyiniz kimi Baş nazir Əli Əsədov iyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq xüsusi karantin rejimində fəaliyyətinə icazə verilmiş bir sıra sahələrin siyahısını təsdiqləyib.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, diri heyvanların kəsimi, pərakəndə və topdan satış üzrə, ərzaq məhsullarının satış məntəqələri, apteklər, yanacaqdoldurma məntəqələri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, Məişət xidmətləri üzrə, məişət tullantılarının yığılması və utilizasiyası, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları, Kütləvi informasiya vasitələri, Maliyyə təşkilatları üzrə:, banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar, Xüsusi xidmət növləri üzrə, çatdırılma xidmətləri, tərcümə xidmətləri, poçt xidmətləri, dezinfeksiya xidmətləri, Vəkillik fəaliyyəti ilə məşğul olanlar SMS icazə sistemindən icazə almadan küçəyə çıxa biləcək.

Müəllif: Elmir Murad

 

Other news