Dünyanı ciddi iqtisadi böhran gözləyir – Proqnoz

10:09 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Bir sıra ekspertlər yaxın vaxtlarda dünyada yeni iqtisadi böhranın baş verəcəyini proqnozlaşdırırlar.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mütəxəssislərin fikrincə, dünya ölkələrinə pandemiyada dəstəkləyici tədbirlərin tətbiqi nəticəsində əldə olunmuş mövqeləri qorumaq çətin olacaq.

Xüsusi halda, dövlətlər bu tədbirlərdən imtina etməyə qərar verəndə iqtisadiyyatın saxlanılması üçün əlavə maliyyə dəstəyi lazım ola bilər.

Bundan başqa, qeyd edilir ki, COVID-19 xəstəliyinin ikinci dalğası riski hələ qalır, çünki kütləvi vaksinləmə vaxt tələb edəcək.

Bu da öz növbəsində müəyyən problemlər yaradacaq.

Mütəxəssislərin proqnozuna görə, hazırda müşahidə olunan iqtisadi artımı ciddi tənəzzül davam etdirə bilər.

Müəllif: Elmir Murad

 

Other news