Pensiya sistemində aparılacaq islahatlar onlara şamil olunmayacaq – Detallar

11:40 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda pensiya sistemində bir sıra islahat və yeniliklər həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən AbC.AZ-a verilən məlumata görə, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.

Müəllif: Elmir Murad

 

Other news