Doqquz ayda pomidor ixracıq bu qədər artıb – Hesabat

14:58 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. 2020-ci ilin 9 ayı ərzində Azərbaycandan ixrac olunan pomidorun həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilib.

Hesabata əsasən, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında pomidor ixracı miqdar ifadəsi ilə 15,5%, məbləğ ifadəsi ilə 17,9% artıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Azərbaycandan 142 milyon 291 min dollar dəyərində 134 min 148 ton pomidor ixrac edilmişdi.

Müəllif: Elmir Murad

 

Other news