Bakı Fond Birjasının kapitalizasiyası 10% böyüyüb – Hesabat

16:39 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasında 2020-ci ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 186 milyon 809 min 126 manat təşkil edib.

Birjadan ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır.

“Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 60%, korporativ qiymətli kağızlar bazarı üzrə 97%, repo əməliyyatları üzrə isə 81%, səhmlər üzrə ilkin bazarda 132 misli, səhmlər üzrə təkrar bazarında isə 15 misli qədər böyümə qeydə alınıb", - birjanin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% böyüyərək 2 milyard 705 milyon 321 min 341 manat olub.

Müəllif: Elmir Murad

 

Other news