Gömrükçülər ötən ay dövlət büdcəsinə bu qədər vergi və rüsum ödəyib – Hesabat

15:05 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 314 milyon 407,0 min manat həcmində vergi və rüsumlar daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4% az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,4% çoxdur.

Bu ilin oktyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% azalaraq 84 milyon 684,9 min manat olub.

Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 9,3% azalıb.

Müəllif: Elmir Murad

 

Other news