Abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq – İlham Əliyev

17:18 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev yeni mədəniyyət naziri Anar Kərimovu qəbul edib.

ABC.AZ-ın məlumatına görə, videoformatda keçirilən görüşdə dövlət başçısı bir sıra vacib məqamlara toxunub. İ.Əliyev qeyd edib ki, mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq.

"Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtılə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar əlbəttə ki, bizim mədəni irsimizə çox böyük zərbə vurdu" deyə İ.Əliyev vurğulayıb.

 

Other news