Azərbaycanın Belarusla ticarət dövriyyəsi artıb – Hesabat

15:19 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. 2020-ci ilin 11 ayında Azərbaycanın Belarus ilə apardığı ticarət mübadiləsinin həcmi 262 milyon 195 min dollar təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 49,8% çoxdur.

2020-ci ilin ilk on bir ayında Azərbaycandan Belarusa ixracın həcmi isə 162 milyon 833 min dollar təşkil edib. Bu da illik müqayisədə 143 milyon 792 min dollar və ya 8,6 dəfə çoxdur.

Müəllif: Elmir Murad

Other news