İlham Əliyev yeni zavodun təməlini qoydu – Foto

16:37 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezidenr İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bəzi tədbirlərə qatılıb.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun təməlqoyma mərasimində iştirak edib.

Zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Dövlət başçısı müəssisənin təməlini qoyub.

Bildirilib ki, təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq.

Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

 


Other news