"Qız Qalası" və "Xudafərin" hidroqovşaqlarında inşa işləri yekunlaşıb - Səfir

12:02 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Azərbaycan və İran arasında əməkdaşlıq üzrə birgə razılaşmalar icra olunur.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, bu razılaşmalardan biri "Qız Qalası", "Xudafərin" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlıdır:

""Qız Qalası" və "Xudafərin" hidroqovşaqlarında inşa işləri demək olar ki, yekunlaşıb. Hazırda bu hidroqovşaqlar avadanlıqlar və turbinlərin quraşdırılması mərhələsindədir. Düşünürəm ki, 1 ildən az müddətdə hidroqovşaqlar istifadəyə veriləcək”,-deyə o bildirib.

 

Other news