Ötən il metrodan neçə nəfər istifadə edib?

14:23 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bakı Metropoliteni" QSC ötən ilki fəaliyyəti ilə bağlı hesabat tipli məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, ötən il daşınan sərnişinlərin sayı, 2022-ci il yanvarın 1-i səhər saat 06:00-a qədər olan məlumata əsasən, 90 milyon 232 min 427 (bunun 87 milyon 181 min 452 nəfəri ödənişli olmaqla)  təşkil edib.

Metropoliten sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 min 121 (468 min 717 ödənişli olmaqla) sərnişin daşıyıb. Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib. Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236 milyon 681 min 650 (o cümlədən 229 milyon 724 min 538 ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648 min 443 (o cümlədən 629 min 382 ödənişli) sərnişin deməkdir.

Müəllif: Elmir Murad

Other news