Deputat BNA-nı sərt tənqid etdi - Yığılan pullar hara gedir?

14:35 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Bu gün Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi olub.

ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı deputat Rüfət Quliyev BNA-nı sərt tənqid edib.

O Bakı Nəqliyyat Agentliyinin konsepsiyasının olmamsına irad bildirib.

"Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir.  Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub. Konsepsiya hazırlanmalıdır. Elə, o çəkir, bu çəkir. Bəs o pullar hara gedir? BNA rəhbərliyi qısa müddətdə konsepsiya hazırlasın. Deputatın burada heç bir marağı yoxdur. Deputatın burada təkcə marağı odur ki, insanlar bu məsələlərlə bağlı müraciətlər edirlər. Normal formada biz bunu həll edə bilərik”, - deyə R.Quliyev vurğulayıb.

Müəllif: Elmir Murad

Other news