Türkmənistanda taksilərin şüşələrinə prezidentin şəkili vurulma əmri verilib

10:18 - 31.03.2022


31 mart, Fineko/abc.az. Türkmənistanda taksilərlə bağlı yeni və qeyri-adi qərar qüvvəyə minib.

ABC.AZ-ın məlumatına görə, bundan sonra sürücülər avtomobillərinin ön şüşəsinə yeni prezident Sərdar Berdiməhəmmədovun şəkillərini yapışdırmalıdırlar.

Bunun üçün isə sürücülər yeni prezidentin xüsusi ölçüdə şəkillərini də əldə etməlidirlər.

Şəkillərin satışını hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirirlər. Asayiş keşikçiləri qeyd edirlər ki, bu yolla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kimliyini müəyyən etmək də daha asan olacaq.

Müəllif: Elmir Murad

Other news