Çexiya Azərbaycandan qaz alacaq?

12:20 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Çex Respublikası Azərbaycan kimi etibarlı tərəfdaşdan qaz əldə etməkdə maraqlıdır.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə müsahibəsində Çexiyanın Azərbaycandakı yeni səfiri Milan Sedlaçek deyib.

"İyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Eyni zamanda Avropa Komissiyası, eləcə də Aİ-nin ayrı-ayrı üzv ölkələri və Avropa enerji şirkətləri Rusiyadan kənarda digər potensial qaz tədarükçüləri, xüsusən də LNG axtarışındadırlar" - deyə M.Sedlacek bildirib.

Other news