“Bolt Services AZ”a qarşı sanksiya tətbiq edilib

08.08.2022,15:00


8 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Delivery Azerbaijan” MMC-dən “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Beləki,  şirkət onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğu müəyyən edilib.

Dövlət Xidməti haqsız rəqabətə yol verdiyinə görə “Bolt Services AZ” barədə maliyyə sanksiyası tətbiq edib.