Almaniyanın 3 aylıq qazı qalıb

17.08.2022,15:23


17 avqust, Fineko/abc.az. Rusiyanın Avropaya qaz axınını məhdudlaşdırması ilə enerji böhranı ilə mübarizə aparan Almaniyanın qaz anbar tutumu normadan artıqdır, lakin bu qışdan sağ çıxmağa kifayət etməyə bilər.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, ölkənin enerji tənzimləmə agentliyi olan Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirib ki, qaz ehtiyatları noyabr ayı üzrə hədəfin 95 faizini ödəyə bilər və Rusiya qaz axınını tamamilə kəsərsə, bu ehtiyatlar cəmi 2-2,5 ay davam edəcək. Hazırda ehtiyatların 77%-nin dolu olduğu bildirilir.

Mueller, noyabr ayı üçün nəzərdə tutulan 95 faiz doluluq səviyyəsinə çatmağın "çətin olacağını" söylədi.

Rusiyanın Almaniyaya qaz daşıyan “Şimal axını” boru kəmərindən qaz axınını kəsməsi Avropada uzun illərin ən pis enerji böhranına səbəb olub, Rusiya qazından asılı olan Almaniya isə ehtiyatlarını artırmağa çalışır.