16:34 - 19.08.2022
19 avqust, Fineko/abc.az. "Əvvəl vətəndaşlarımız mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsinə o qədər də etibar etmirdi. Bu, mexanizmin yeni olması ilə bağlı idi. Amma son dövrlərdə imzalanan müqavilələrin sayı göstərir ki, artıq maraq var. Təkcə son 1 ayda 300 müqavilə imzalanıb".
ABC.AZ “Report”-a istinadla xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib.
"Bu rəqəm vətəndaşların kirayə mənzil mexanizmini tam qəbul etdiklərini, yaradılmış imkanlardan yararlanmaq istəklərini göstərir. Bununla bağlı biz mütəmadi olaraq Fondun rəsmi internet səhifəsində, sosial media hesablarında, "Asan Xidmət" mərkəzlərində yeni məlumatlar yayırıq”, - deyə o qeyd edib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024