“Sun Tea Çay Fabriki"ndə araşdırma başladı - Detallar

14:42 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan çay satışı bazarında araşdırma aparıb.

Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, araşdırma zamanı əldə edilmiş materiallara əsasən bazarın əsas iştirakçıları olan “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC və “Best-Tarım” QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti araşdırma apararkən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Qanununa və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamına əsaslanır.

Bütün xəbərlər