Azərbaycan bankları ipoteka kreditləşməsi üçün yeni limitləri aktivləşdirib

14:49 - 24.01.2023


24 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

ABC.AZ xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.