Professor deputat Kamaləddin Qafarova etiraz etdi

12:28 - 30.03.2023


30 mart, Fineko/abc.az. Milli Məclisin Səhiyyə komitəsinin ötən gün keçirilən iclasında deputat Kamaləddin Qafarovun “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” deməsi müzakirəyə səbəb olub. Deputatın fikirləri komitə sədri Əhliman Əmiraslanovla yanaşı, ictimaiyyət tərəfindən də etirazla qarşılanıb. Çoxluq dərmanlarını ucuz olduğu üçün Türkiyədən gətirdiyini bildirib.

ABC.AZ xəbər verir ki, professor Rəşid Mahmudov Pravda.az-a açıqlamasında Kəmaləddin Qafarovun fikirlərinə etiraz edib.

“Qətiyyən Azərbaycanda ucuz dərman yoxdur. Nə danışırsınız? Biləsiniz ki, Türkiyədə satılan dərmanlar təmiz və safdır, həm də çox ucuzdur. Bizdə dərmanlar həddindən artıq bahadır. Əhliman müəllim həqiqəti deyib. Elə dərmanlar olur ki, Türkiyədən gətirdirəm. Qızım tez-tez Türkiyəyə gedir, dərmanlarımı bəzən oradan aldırıram. Rəşad Mahmudov da Azərbaycanda vacib dərmanların tapılmadığını dedi. Bəli, düz deyib. Elə dərmanlar var, ölkədə tapa bilmirik. Ucuz dərmanlardan 70 qəpiyə, 1 manata olanlar, indi tapılmır”, - R.Mahmudov bildirib.

Bütün xəbərlər