Bugünədək ipoteka kreditləri üzrə verilən məbləğ 1 mlrd. manatdan çoxdur

15:52 - 31.05.2019


31 may, Fineko/abc.az. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği haqda məlumatı açıqlanıb.

Məlumatda qeyd olunur ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bugünədək 26 min 641 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 310 milyon 448,3 min manatdan çoxdur.