Prezident İsmayıllıda yol tikintisinə 2,9 mln. manat ayırdı

18:00 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev  İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında 
Sərəncam imzalayıb.

Sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayrılıb. 

Bütün xəbərlər