Cari il ölkədə ticarət əməliyyatlarının həcmi 25 mlrd.dollardan çox olub

14:26 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi 25 milyard 244 milyon 302 min  dollar təşkil edib.

Qeyd olunur ki, ticarət əməliyyatlarının 10 milyard 378 milyon 8 min dolları idxalın, 14 milyard 866 milyon 294 min dolları isə ixracın payına düşür.

 

Bütün xəbərlər