Azərbaycanın xurma ixracı azalıb - 5 min tondan çox

11:43 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Bu ilin birinci rübündə Azərbaycanın ixrac etdiyi xurmanın həcmi məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  birinci rübdə ölkədən 17,9 min ton xurma ixrac edilib. İxrac edilən xurmanın dəyəri 14,1 milyon dolları olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycandan dəyəri 18,1 milyon dollar olmaqla 23,8 min ton xurma ixrac edilib.

 

Bütün xəbərlər