Bu rayonda yeni bazar tikilir - Kəndçilər məhsullarını sata biləcək

15:59 - 8.05.2020


8 may, Fineko/abc.az. Babək rayonunun Babək qəsəbəsində bazar tikilir.

ABC.AZ xəbər verir ki, bazar Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən tikilir.

Burada ərzaq və telefon mağazaları, qadın və kişi dərzisi, bərbəri, baytarlıq apteki, təsərrüfat malları üçün mağaza, sahibkarlar üçün yeməkxana otağı yaradılacaq.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil etmək üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar imkan verəcək ki, Babək qəsəbəsi və ətraf kəndlərin sakinləri ərzaq məhsullarına olan gündəlik tələbatlarını uzaq məsafə qət olunmadan həll edə bilsinlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər