Azərbaycan bir ayda bu qədər ixrac həyata keçirib - Məbləğ

11:42 - 19.05.2020


19 may, Fineko/abc.az. Apreldə Azərbaycanın həyata keçirdiyi ticarət əməliyyatlarının dəyəri açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 2 milyard 844,5 milyon ABŞ dolları ticarət əməliyyatı aparıb.

Ticarət əməliyyatlarının ümumi həcminin 744,8 milyon dolları idxalın, 2 milyard 99,6 milyon dolları isə ixracın payına düşüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər