Tovuzda yeni məktəb binası tikilir

15:52 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Tovuzda Adil Qasımov adına məktəb üçün yeni binanın tikintisinə başlanılıb.

ABC.AZ-ın məlumatına görə, qəzalı vəziyyətdə olan məktəb binasını əsaslı təmir etmək mümkün olmadığına görə yeni binanın tikintisinə start verilib.

624 şagird üçün nəzərdə tutulan yeni məktəb binası bütün inventar və avadanlıqla təchiz ediləcək.

 

Bütün xəbərlər