Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilir – Təklif

10:25 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) 4-cü bəndinə dəyişiklik olunur.

ABC.AZ report-a istinadən xəbər verir ki, dəyişikliklə bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.

Ərizəçi sənədləri tamlığı məlumatını aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman ərizəçiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır.

Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur.

Qanunun hazırkı varinatı isə belədir: “Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur”.

 

Bütün xəbərlər