Koronavirus bir gündə 37 can aldı – Gürcüstanda vəziyyət kritikləşir

15:23 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən rekord sayda artım olub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 3 473 yeni yoluxma qeydə alınıb.

Virusdan ölənlər isə 37 nəfər olub.

Bununla da virusdan ölənlərin sayı ümumilikdə 636 nəfərə çatıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3342 nəfər sağalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər