COVİD 19 bir gündə 39 can aldı - Gürcüstanda yoluxanlar durmadan artır

11:42 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Gürcüstanda koronavirusa yoluxanların sayı durmadan artır.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 4 033 yeni yoluxma qeydə alınıb.

Bu gün virusdan 39 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 342 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 4 061 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 143.376 nəfərə çatıb.

Onlardan 121.621 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər