Onlar general-mayor oldu - Sərəncam

15:18 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanova

polkovnik Anar Təvəkkül oğlu Kərimova

polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

polkovnik Zaur Sabir oğlu Məmmədova

Bütün xəbərlər