Bu sahədə işləyənlər 4337 manat maaş alır

12:23 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Azərbaycanda ən çox əmək haqqı verilən sahələr açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 11 ayda ən yüksək maaş mədənçıxarma sənayesindədir.

Belə ki, burada işləyənlər nə az, nə çox 3 296 manat maaş alır.

Maaş çoxluğuna görə, növbəti sırada maliyyə və sığorta sahəsində fəaliyyət göstərənlər gəlir. Bu sahədəkilər 1 736 manat, peşə, elmi və texniki sahədəkilər 1 180 manat və informasiya və rabitə sahəsindəkilər isə 1 071 manat maaş alır. Dövlət və özəl sektora gəlincə, özəl sektorda mədənçıxarma sənayesində işləyənlər ölkədə ən yüksək əmək haqqına sahibdirlər - 4337 manat.

Müəllif: Elmir Murad

Bütün xəbərlər