Ölkədə vaksinasiya strategiyası hazırlanır – Ramin Bayramlı

11:03 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Azərbaycanda vaksinasiya strategiyası hazırlanır. Vaksinasiya bir neçə mərhələdə həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Real-a müsahibəsində TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, vaksin strategiyası ondan ibarətdir ki, ilk öncə risk qrupuna görə vaksinasiya aparılacaq. "Həmçinin, insanların vaksinə inamını təmin etmək üçün də tədbirlər planı həyata keçiriləcək.

Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışır” - Ramin Bayramlı deyib.

 

Bütün xəbərlər