Gürcüstanda yoluxanların sayı yenə artdı – Statistika

11:55 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 1857 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 24 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2820 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 993 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 241.637 nəfərə çatıb. Onlardan 227.208 nəfəri isə tam olaraq sağalıb.

Bütün xəbərlər