Prezident şəhid ailələri barədə daha bir Sərəncam verdi

14:44 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Prezidentlə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli olduğu göstərilib.

 

Bütün xəbərlər