Prezident Fondla bağlı Sərəncam verdi

15:56 - 17.03.2021


17 mart, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən,  İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının  tərkibi təsdiq edilib. Şuranın tərkibinə

İlqar Fəti-zadə – maliyyə nazirinin birinci müavini, Elnur Əliyev - iqtisadiyyat nazirinin müavini, Anar Əliyev - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Vadim Xubanov- Mərkəzi Bankı sədrinin müavini, Kamil Heydərov- Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri daxil edilib.